Mahir Emreli Çempionlar Liqasında dubl etdi

İDMAN 07 iyl 2021, 22:21
Futbol üzrə milli komandamızın hücumçusu Mahir Emrelinin “Legiya”dakı rəsmi debütü uğurlu alınıb.

Oxu.Az xəbər verir ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Bodo Qlimt”lə matçda yeni komandası ilə ilk oyununa çıxıb.

Forvard Norveçdəki səfər oyununa start heyətində başlayıb. O, erkən qola sevinən “Legiya”nın ikinci topuna 41-ci dəqiqədə imza atıb. Fasilə ərəfəsində skandinaviyalılar fərqi azaltsa da, Mahir ikinci hissədə də qol sevinci yaşayıb. O, 61-ci dəqiqədə dubl edib.

Debüt oyununda dubla imza atan Emreli matçın 79-cu dəqiqəsində əvəzlənib. Meydan sahibləri daha bir qol vursa da, təmsilçimizin komandası 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top