İnformasiya agentliklərinin məlumatlarından istinadsız istifadə edənlər məsuliyyətə cəlb ediləcək

MEDİA 07 iyl 2021, 15:26
Azərbaycanda informasiya agentliklərinin məlumatlarından müntənzəm olaraq istinadsız istifadə edən KİV-lər barədə ölçü götürüləcək.

“Report”un əldə etdiyi məlumata görə, "Media haqqında" yeni qanun layihəsində informasiya agentliklərinin informasiyalarından müntənzəm olaraq istinadsız istifadə edən, müəllif hüquqlarını nəzərə almayanlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Layihədə qeyd edilib ki, informasiya agentliyi qanunvericiliklə təsbit olunmuş hüquqlarını müdafiə etməkdə sərbəstdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top