Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni xəbər

HADİSƏ 07 iyl 2021, 11:06
Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Demokrat.az xəbər verir ki, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.

Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.

Valideynlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top