Tovuz döyüşlərinin şəhidinin adına küçə verildi — FOTO

HƏRBİ 05 iyl 2021, 18:05
Ağstafa rayonunun Köçəsgər kəndininin küçələrindən birinə Tovuz döyüşlərində şəhid olan gizir Yaşar Babayevin adına verilib.

Bu barədə "Report"a şəhidin ailə üzvləri bildirib.

Belə ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Köçəsgər kəndinin 3 nömrəli küçəsinə Y.Babayevin adı verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Y.Babayev 1987-ci ilədə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2020-ci ilin iyul ayının 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olub.

O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub və 8 ildir övlad arzusunda idi. Y.Babayevin ölümündən 2 gün sonra - iyulun 16-da onun qızı dünyaya gəldi.

Prezident İlham Əliyevin imzaladı sərəncamına əsasən, Y.Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
15 apr 2024, 22:46
Top