SOCAR prezidenti və vitse-prezidentləri 1 milyon 376 min manat bonus aldılar

SƏNAYE VƏ ENERGETİKA 05 iyl 2021, 11:58
Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və 12 vitse-prezidentinə maaş və mükafatlardan başqa ümumilikdə 1 milyon 376 min manat ödəniş (bonus) edilib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat SOCAR tərəfindən açıqlanan illik maliyyə hesabatında yer alıb.

Məlumatda bildirilir ki, SOCAR prezidenti və 12 vitse-prezidenti Azərbaycan prezidenti tərəfindən təyin edilir. Hesabata əsasən prezident və 12 vitse-prezident təsdiqlənən əmək haqqı cədvəlinə uyğun olaraq maaş və mükafatlar, eləcə də şirkət rəhbərliyi olaraq əlavə ödənişlər almaq hüququna sahibdilər. 2020-ci ildə SOCAR prezidenti və 12 vitse-prezidentin hər birinə orta hesabla 106 min manat əlavə ödəniş edilib.

Hesabatda qeyd olunur ki, 2019-cu illə müqayisədə SOCAR rəhbərliyinə ödənilən ümumi ödənişin həcmi 28 min manat az olub. Belə ki, 2019-cu ildə SOCAR prezidenti və 12 vitse-prezidentinə 1 milyon 404 min manat ödəniş edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top