Putin Qarabağ münaqişəsindən danışdı: "Bunu Ermənistan və Azərbaycan liderləri başa düşür…"


QARABAĞ 03 iyl 2021, 14:56
Rusiya prezidenti Vladimir Putin canlı yayımda vətəndaşların suallarını cavablandırıb.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, vətəndaşlardan biri Putindən Rusiyanın Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə necə zəmanət verəcəyini soruşub.

Putin bildirib ki, Rusiya münaqişənin həllində ciddi rol oynayır: “Heç kim bu münaqişənin yenidən böyüməsində maraqlı deyil. Çünki hamımız dinc və mehribanlıq şəraitində yaşamaq istəyiriksə, insanların normal həyatı üçün şərait yaradacağıq, bu da Qarabağ xalqının ehtiyac duyduğu məsələdir. Heç kim davamlı olaraq narahatlıq içində yaşamaq istəmir. Münaqişənin yenidən başlaması mümkün deyil. Bunu Ermənistan və Azərbaycan liderləri başa düşür”.

Vladimir Putin hazırda bir çox problemin olduğunu qeyd edib: “Xüsusilə heç vaxt sərhədin olmadığı yerlərdə infrastruktur problemi var. Ermənistan və Azərbaycan arasındakı sərhəd problemləri var. Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bir qrup yaratdıq. Görülən işlər ilk növbədə Qarabağ sakinləri üçün faydalı olacaq”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top