Erməni müxalifət Paşinyandan MSK-ya şikayət etdi

REGİON 03 iyl 2021, 14:42
Ermənistanın müxalifət partiyaları iyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət edib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Şikayət edən partiyalar arasında Robert Köçəryanın seçkilərdə ikinci yeri tutan “Ermənistan” bloku, Serj Sarkisyanın üçüncü sırada yer alan “Şərəf duyuram” bloku, eləcə də “Erməni vətəni” və “Çiçəklənən Ermənistan” partiyaları var.

Müxalif partiyalar məhkəmədən seçkilərin nəticələrinin ləğv edilməsini və ya ikinci turun təyin olunmasını xahiş ediblər. Ermənistan qanunlarına görə, Konstitusiya Məhkəməsi seçki şikayətinin qeydə alındığı tarixdən ən geci 15 gün müddətində qərar verməlidir.

Xatırladaq ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası 54,21 faiz səslə qalib gəlib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top