Rəsul Quliyev: “Azərbaycanın torpaqlarını azad etməsi beynəlxalq aləmdə ölkəyə yeni status verib”

GÜNDƏM 03 iyl 2021, 11:23
“Torpaqların işğalçılardan azad edilməsi və postvətən müharibəsindən sonra aparılan strateji siyasət Azərbaycanın qarşısında geniş imkanlar açıb. Azərbaycanın heç bir hərbi kömək olmadan torpaqlarını azad etməsi beynəlxalq aləmdə ölkəyə tamamilə yeni status verib. Azərbaycan-Ermənistan müharibəsində Türkiyə tərəfindən mənəvi dəstək, Rusiya tərəfindən müharibə prosesinə qoşulmamaq olub, vəssəlam. Azərbaycan Qafqazın bir nömrəli hərbi gücü olduğunu dünyaya göstərə bildi”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, son 30 ildə hər zaman Azərbaycan-Ermənistan müharibəsinin başlamasından ehtiyat edən xarici investorların qorxusu aradan qaldırılıb: “Onlar məmuniyyətlə Azərbaycanda bütün sektorlara vəsait qoymağa hazırdılar.  Azərbaycan (Türkiyə, İtaliya, İspaniya investiyaları vasitəsilə) turizmini Lənkərandan tutmuş Qusar dağlarına qədər 5-10 dəfə artıra bilər. İsrail və Türkiyə vasitəsilə aqrar sektoru, eksportu bir neçə dəfə artırar. BB-nın investisiyası ilə toxuculuq, trikotaj sənayesini dünya səviyyəsinə qaldırar və sair. Bu gün Azərbaycanda belə bir şərait yaranıb. Nəticədə əhalinin həyat səviyyəsi hər il ən azı 10-15 faiz yüksələr”.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top