Azərbaycanda 5 uşaq atası intihar etdi

HADİSƏ 02 iyl 2021, 14:44
Şəkidə intihar hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində qeydə alınıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Cumay Həsən oğlu İbadullayevin meyiti yaşadı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. 5 övlad atası olan C. İbadullayevin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.(apa.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top