Müxalifət Bakıda mitinq keçirir – YENİLƏNİR

HADİSƏ 19 yan 2019, 16:28
Saat 15-də "Məhsul" stadionunda müxalifətin Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil edilmiş mitinqi başlayıb.

Bloger Mehman Hüseynovun və bütün digər siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında Xalq Cəbhəsi, Müsavat və REAL partiyalarının fəalları iştirak edir.

Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, polis gücləndirilmiş təhlükəsizlik tədbirləri görür və mitinqə gələnləri üç dəstə yoxlayır.

Həmişə olduğu kimi, hakimiyyət sosial şəbəkələrə birbaşa yayına yol verməmək üçün mitinqin keçirildiyi yerdə internetə girişi bloklayır.
 
***
 
Yasamal rayonundakı “Məhsul” stadionunda müxalifətin mitinqi başlayıb.

Demokrat.Az xəbər verir ki, stadionda vətənpərvərlik mahnıları səslənir, insanlar hələ ki, meydana gəlməkdə davam edirlər.

Yığılan insanların kiçik bir qrupu “Mehman Hüseynova azadlıq!” şüarı səsləndirir.
 

Saat 15-də "Məhsul" stadionunda müxalifətin Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil edilmiş mitinqi başlayıb. Bloger Mehman Hüseynovun və bütün digər siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında Xalq Cəbhəsi, Müsavat və REAL partiyalarının fəalları iştirak edir. Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, polis gücləndirilmiş təhlükəsizlik tədbirləri görür və mitinqə gələnləri üç dəstə yoxlayır. Həmişə olduğu kimi, hakimiyyət sosial şəbəkələrə birbaşa yayına yol verməmək üçün mitinqin keçirildiyi yerdə internetə girişi bloklayır.

 

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top