Keniyada daşqınlarda ölənlərin sayı artdı

DÜNYA 30 apr 2024, 18:30
Keniyada 2 həftədir davam edən daşqınlarda həyatını itirənlərin sayı 169-a yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə Keniya hökuməti açıqlama yayıb.

Açıqlamada, həyatını itirənlərin sayının 169-a yüksəldiyi, 91 nəfərin isə itkin düşdüyü bildirilib. 

Həmçinin, daşqınların paytaxt Nayrobiyə təsir etdiyi, bəzi yolların bağlandığı və bir çox ərazinin su altında qaldığı vurğulanıb. 

Bəyənatda, ölkə daxilində 200 mindən çox insanın daşqınlardan zərər çəkdiyi ifadə olunub. 

Ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığı açıqlanıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2024, 20:42
Top