“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşdı


SOSİAL 28 iyn 2021, 19:07
İyunun 28-də “Bakı Ekspo Mərkəzi”ndə təşkil olunan “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb.
 
Müsabiqənin təşkilat komitəsindən Demokrat.az-a verilən xəbərə görə, yarımfinal mərhələsinin ikinci gününü “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev açaraq iştirakçılara uğurlar arzulayıb.
 
Keyslər üzərində iş formatında keçirilən yarımfinalın ikinci günündə iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılar üçün “Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Nazir çıxışında ölkə iqtisadiyyatı üzrə əsas iqtisadi göstəricilər, milli iqtisadiyyatın inkşafına və dayanıqlılığına təkan verən islahatlardan bəhs edib. Daha sonra iştirakçılara kiçik qruplar daxilində müzakirə üçün mövzular təqdim edilib.
 
Təqdim edilən tapşırıqlar əsasında iştirakçıların strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi, sosial məsuliyyət, innovativliklərin tətbiqi bacarıqları ekspertlər tərəfindən qiymətləndirilib. Yarımfinal mərhələsində uğurla iştirak edən 100-ə yaxın iştirakçı finala keçmək hüququ qazanacaq.
 
Qeyd edək ki, yarımfinal mərhələsindən öncə müsabiqənin İşçi qrupu heyəti, idarəçi rəhbərlər, iştirakçılar COVID-19 testindən keçiblər.
 
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 17:00
26 sen 2021, 12:52
Top