Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təltif olundu — VİDEO


HADİSƏ 26 iyn 2021, 23:40
26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təbrikləri şəxsi heyətə çatdırılıb.

Çıxışlar zamanı Azərbaycan Ordusunun qüdrətindən və Vətən müharibəsində qazanılan parlaq qələbədən danışılıb.

Təbriklər oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirlərin sonunda hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub.




Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top