Elman Nəsirov: “Toya gedərkən gözəllik salonlarında saatlarla vaxt itiririk”

GÜNDƏM 24 iyn 2021, 11:12
Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verib. Bunun üçün bəzi tələblərə əməl edilməlidir:

- qonaqların sayı 150 nəfərdən çox olmamalıdır.

- 50 nəfərə qədər şəxsin qatılacağı şənlik mərasimlərində COVID-19 pasportu tələb olunmur. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirak edəcəyi şənliklərdə yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Tibbi maskalardan istifadə məcburi deyil.

- xidmət göstərən heyət (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidir.

- Şənlik mərasimi keçirilən müəssisənin sahibi tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatları icaze.e-gov.az portalına daxil etməlidir.

Operativ Qərargahın məlumatında deyilir ki, şənlik mərasimləri zamanı müntəzəm yoxlamalar aparılacaq. Monitorinq qrupları Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə təşkil olunacaq.

Bu şərtlərin çoxusu absurd şərtlər olaraq tənqidə məruz qalıb. Operativ Qərargahın bu şərtlərini necə dəyərləndirmək olar? Operativ Qərargahın bu şərtləri normal şərtlərdimi?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Elman Nəsirov və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Toya gedərkən gözəllik salonlarında saatlarla vaxt itirirdiyimizi xatırladan millət vəkili bildirib ki, bu vaxtın 5 dəqiqəsini qeydiyyata sərf etmək bu qədərmi çətindir? Buna görə də gəlin məsuliyyətli olaq. Hər şeyə qulp qoymayaq:

“Əvvəla onu qeyd edim ki, bu yeni hadisə deyil. Karantin rejimi sərtləşdirilərkən də insanlar həkimə, yas mərasiminə və başqa yerlərə gedərkən müxtəlif qeydiyyatlardan keçirdilər. İndi isə biz pandemiyanın olmadığını deyə bilmərik. Həmçinin deyə bilərik ki, pandemiyaya qalib gəlmişik və daha koronavirus təhlükəsi ilə üz-üzə deyilik. Bu kimi ifadələri heç kim işlədə bilməz. Çünki qonşu Gürcüstanda və Rusiyada pandemiyanın kəskinləşməsi faktı qeydə alınıb. Buna görə də həmin ölkələr növbəti sərt tədbirlərə əl atmaq məcburiyyətində qalıb.

Düşünürəm ki, Operativ Qərargahın belə addım atması mümkün risklərdən qorunmaq anlamındadır. Hər birimiz şadlıq saraylarının açılmasını, toyların bərpa edilməsini istəyirdik. Amma təsəvvür edin ki, təyin olunmuş qaydalara əməl edilmədi və yenidən koronavirusa yoluxma halları artdı. Bu zaman biz nə edəcəyik? Bu zaman qeydiyyatın, covid pasportuna malik olmağımızın da əhəmiyyəti olmayacaq. Yenidən də sərtləşmə ola bilər.

Elman Nəsirov: “Təsəvvür edin ki, təyin olunmuş qaydalara əməl edilmədi və yenidən koronavirusa yoluxma halları artdı. Bu zaman biz nə edəcəyik? Bu zaman qeydiyyatın, covid pasportuna malik olmağımızın da əhəmiyyəti olmayacaq”.

Həsrətlə evladının toyunu gözləyən valideynlərin bir neçə dəqiqə sərf edib qeydiyyata düşməsi bu qədər çətindir? Toya gedərkən gözəllik salonlarında saatlarla vaxt itiririk. Bu vaxtın 5 dəqiqəsini qeydiyyata sərf etmək bu qədərmi çətindir? Buna görə də gəlin məsuliyyətli olaq. Hər şeyə qulp qoymayaq.

Görülən tədbirlərin hamısı vətəndaşların sağlamlığı, təhlükəsizliyi ilə bağlıdır. Hər bir vətəndaş hər zaman şəxsiyyət vəsiqəsini üstündə gəzdirir. İndi covid pasportunu üstündə gəzdirmək çətindir? Gəlin obyektiv olaq. Hesab edirəm ki, bu cığallıqdır”.

Hafiz Hacıyev: “Onlar xalqı fikirləşmirlər. Buna görə də elə qərarlar qəbul edirlər ki, xalqdan pul ala bilsinlər”.

Toylarla bağlı verilən qərarı düzgün hesab etməyən partiya sədri PİA.az-a açıqlamasında qeyd edib ki, buna qədər toylar necə keçirilirdisə, indi də elə keçirilməlidir:

“Operativ Qərargahın toylara bağlı qoyduğu şərtlər normal şərtlər deyil. Bu xalqı küncə sıxmaqdır. Onlar bütün günü xalqdan pul oğurlamağın yollarını fikirləşirlər. Onlar xalqı fikirləşmirlər. Buna görə də elə qərarlar qəbul edirlər ki, xalqdan pul ala bilsinlər.

Hesab edirəm ki, toylarla bağlı verilən qərar düzgün deyil. Buna qədər toylar necə keçirilirdisə, indi də elə keçirilməlidir. Toy olmayıb, ailə qurulmayandan sonra Azərbaycanda demokrafik vəziyyət necə olacaq? Onlar Azərbaycanda gənc nəslin yetişməsini istəmirlər.

Həmçinin də onlar millətin gəlir əldə etdi yerlərin fəaliyyətini dayandırılar. Bunlar vicdansız adamdırlar. TƏBİB-in bir dənə səviyyəsiz gədəsini başçı qoyublar. O da ağlına gələn qərarı verir. Əvvələr onları adam yerinə qoyan yox idi. İndi gəlin millətin başına oyun açırlar”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top