Sarayda 7 küçə asfaltlandı — İradə Gülməmmədova əraziyə gəldi (FOTOLAR)

SOSİAL 23 iyn 2021, 14:00
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 küçənin tamamilə yenidən qurularaq asfaltlanması başa çatıb. 

Demokrat.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova sözügedən qəsəbədə həyata keçirilən abadlıq-quruculuq işlərini yaxından izləmək məqsədi ilə əraziyə baxış keçirib. İcra başçısına bildirilib ki, qəsəbədə geniş miqyasda yenidənqurma işləri aparılır. Belə ki, RİH-in sifarişi ilə keçirilən tenderdə qalib gələn podratçı şirkət tərəfindən qəsəbənin Hacıbaba Səmədov, Ənvər Məmmədxanlı, Ayna Sultanova, Əhməd Cavad, Həsən Turabov, Xudu Məmmədov və Məhəmməd Hadi küçələrində həyata keçirilən asfaltlanma işləri başa çatıb. Ümumi uzunluğu 4 km təşkil edən layihə çərçivəsində 21 min kvadratmetr sahəyə asfalt örtüyü çəkilib. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb. Bir sözlə tam müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Daha sonra qəsəbə sakinləri ilə görüşən İ.Gülməmmədova onları narahat edən məsələlər, qarşılaşdıqları əsas problemlərlə maraqlanıb. Qəsəbədə həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə, küçələrin asfaltlanmasına, eyni zamanda Saray qəsəbə 2 saylı tam orta məktəbin yeni tədris binasının tikintisinə və kanalizasiya xəttinin çəkilməsinə görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirən sakinlər görülən tədbirlərdən razı qaldıqlarını bildiriblər.

Bir 6 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq Havada şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar və açıq Havada şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top