Sabirabadda 51 yaşlı kişi güllələndi

HADİSƏ 21 iyn 2021, 23:49
Sabirabadda güllələnmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü Mirmövsümov Mirqiyas Mirheydər oğlu qohumu tərəfindən güllələnib. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. M. Mirmövsümov cərrahiyyə şöbəsində əməliyyat olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top