Pozner jurnalistika fakültələrinin ləğv olunmasını təklif edib

SOSİAL 21 iyn 2021, 22:44
Məşhur rus jurnalisti, teleaparıcı Vladimir Pozner ali məktəblərdə jurnalistika fakultələrinin ləğv olunmasını təklif edib.

Azpost.info bildirir ki, o bu barədə özünün rəsmi səhifəsində suallara cavab verərkən qeyd edib.

Poznerin sözlərinə görə, insana yazı yazmağı, rəsm çəkməyi, not oxumağı öyrətmək olar: “Amma ona yazıçı, rəssam və bəstəkar olmağı öyrətmək mümkün deyil. Jurnalistika da belədir:Əsl jurnalist müəyyən istedadı ilə doğlulmalıdır”.

“Mən jurnalistika fakultələrinin ləğv olunmasını istəyirəm. Əvəzində ali təhsilli, müəyyən həyat təcrübəsi olan, jurnalist peşəsi ilə məğul olmağı qərara alanlar üçün Juranlist Məktəbləri açmaq olar”-deyə Pozner vurğulayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top