Paşinyan: "Hökuməti təkbaşına formalaşdıracağıq"

DÜNYA 21 iyn 2021, 12:53
Ermənistan Milli Seçki Komissiyası tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, “Vətəndaş Razılaşması” partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan öz tviter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya 105 deputat yerində ən azı 71-nə sahib olacaq. Bundan başqa o bildirib ki, ölkə “Vətəndaş Razılaşması” partiyası tərəfindən tək başına yönəldiləcək. Yeni hökumətə isə o özü başçılıq edəcək.

Qeyd edək ki, Ermənistanda artıq səslərin hesablanması başa çatıb. “Vətəndaş Razılaşması” 53,92 faiz səs toplayaraq liderliyini qoruyub.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top