AVRO-2020: Türkiyə turnirlə vidalaşdı, Uels 1/8 finalda

İDMAN 20 iyn 2021, 21:53
Avro-2020-nin qrup mərhələsində III turun oyunları başlayıb.

Demokrat.az xəbər verir ki, A qrupunda Türkiyə millisi Bakıda İsveçrə ilə qarşılaşıb. Ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala çıxmaq şansını saxlayan türkiyəlilər son imkandan da yararlana bilməyib. Bu dəfə rəqibinə 1:3 hesabı ilə məğlub olub. Bununla da, Türkiyə üç oyuna cəmi bir qolla və xalsız nəticə ilə ona bəslənən ümidləri doğrultmayıb. 

Artıq pley-offa vəsiqəni təmin edən İtaliya, son qrup matçında Uelsə minimal hesabla qalib gəlib. Bu nəticələrdən sonra qrup ikincisi kimi Uels qrupdan çıxmağı bacarıb. İsveçrə eyni xal toplasa da, yanız top fərqinə görə geri qalıb. Lakin komandanın ən yaxşı dörd 3-cü yer sahibindən biri kimi pley-offa vəsiqə qazanmaq imkanı qalır.
 
A qrupu, III tur

20:00. İsveçrə - Türkiyə - 3:1 
Qollar: Seferoviç, 6 (1:0), Şakiri, 26 (2:0), Kahveci, 62 (2:1), Şakiri, 68 (3:1)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu.

20:00. İtaliya - Uels - 1:0
Qol:
Pessina, 39
Qırmızı vərəqə: Ampadu, 55 (Uels)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
Roma, "Olimpiko" stadionu.
 
1 İtaliya 3 3 0 0 7 0 9
2 Uels 3 1 1 1 3 2 4
3 İsveçrə 3 1 1 1 4 5 4
4 Türkiyə 3 0 0 3 1 8 0

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top