Məşhur üzgüçü olimpiadaya vəsiqə qazana bilmədi

İDMAN 19 iyn 2021, 21:43
ABŞ-ın üzgüçülük üzrə 6 qat olimpiya və 18 qat dünya çempionu Rayan Loxte Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. 

Demokrat.az xəbər verir ki, 37 yaşlı idmançı son şans olan Amerika təsnifat mərhələsindən keçməyi bacarmayıb.

O, ABŞ yığmasına düşmək üçün son şansını 200 metr məsafəyə kompleks üzmədə 7-ci yeri tutaraq, itirib. Beləliklə, ən titullu idmançılardan birinin karyerasını bərpa etmə cəhdi uğursuzluqla nəticələnib.

Loxte son iki dünya çempionatını öz günahı üzündən buraxmalı olub. Məşhur üzgüçü 2017-ci ildə guya Rio-2016 Yay Olimpiya Oyunlarında polis hücumuna məruz qalmasına dair yalan məlumat verdiyi üçün, 2019-cu ildə isə ona iynə vurulduğunu imitasiya edən fotonu sosial şəbəkədə paylaşaraq, dopinq cəzası alması səbəbindən mundiallara yollara bilməyib.ABŞ Antidopinq Agentliyi sonuncu olayla əlaqədar təcrübəli idmançıya 14 aylıq cəza kəsib.

O, cəzasını başa vurduqdan sonra idmana qayıtsa da, əvvəlki nəticələrini göstərə bilməyib.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top