Hüquqşünas: "İcra başçısının maralları da bu ziyanın ödənilməsi üçün istifadə edilməlidir"

GÜNDƏM 19 iyn 2021, 16:05
Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun həbs olunan keçmiş icra hakimiyyəti başçısı Alimpaşa Məmmədovun maral təsərrüfatının sonrakı taleyi ilə bağlı məlumat yoxdur. Məsələylə bağlı rayonunun müvafiq orqanı ilə əlaqə saxlasaq da, onlar da həmin təsərrüfatla maralanmadıqlarını bildirdilər. 

Məsələnin hüquqi tərəfini öyrənmək üçün hüquqşünas Aslan İsmayılovla əlaqə saxladıq.

O, Demokrat.az-a verdiyi açıqlamada təsərrüfatın keçmiş başçının fəaliyyəti dövründə əhaliyə dəyən zərəri ödəmək üçün istifadə edilməli olduğunu bildirib:



"Nə təsərrüfatı olmasından asılı olmayaraq, keçmiş başçı bunu cinayət yolu ilə qurub, tikib. Buna görə də, hamısı müsadirə olunmalıdır. Bu təsərrüfata görə həmin keçmiş rəhbər əhaliyə bu və digər mənalarda zərər verib. Həmin təsərrüfat və marallar da bu ziyanın ödənilməsi üçün istifadə edilməlidir. Lazım gəlsə, satılıb, insanlara dəyən ziyan ödənilməlidir. Bu, onun rüşvətlə əldə etdiyi mal-əmlakı hesab edilir. İndi də uyğun şəkildə əvəzi qaytarılmalıdır".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top