Elçin Quliyev mərhum jurnalistin övladları ilə görüşdü — FOTO

SOSİAL 18 iyn 2021, 21:47
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərhum jurnalist Rəşad Süleymanovun övladları ilə görüşüb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə jurnalist Mübariz Aslanov özünün feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"DSX rəisi general Elçin Quliyev həmkəramız, rəhmətlik Rəşad Süleymanovun övladları ilə görüşüb. Rəşad hərbi sahədə əvəzedilməz jurnalist idi" - deyə o, qeyd edib.

Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Xatırladaq ki, tanınmış jurnalist, “AzeriDefence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov ötən ilin dekabrında koronavirusdan vəfat edib. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top