Hədəf liseyindən fərqli məzuniyyət gecəsi — FOTOLAR

SOSİAL 18 iyn 2021, 09:09
12-14 iyun tarixlərində Hədəf STEAM liseyinin ilk Məzun Günü keçirilib.

Demokrat.az Hədəf liseyinə istinadən xəbər verir ki, iyunun 12-də liseyin akt zalında müəllim heyəti və 11-ci sinif balabilgələrinin hazırladığı maraqlı şou-proqram, 14-də isə açıq havada Məzun Günü keçirilib.

Məzun Günündə liseyin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Qələbəyə Dəstək Hərəkatının koordinatoru Elvin Əliyev, “Halal” şirkətinin direktoru Uğur Zeynallı, Hədəf Şirkətlər Qrupunun icraçı direktoru Emin Sadiqov, eləcə də tanınmış şəxslər, valideynlər iştirak edib.

Qeyd edək ki, iyunun 12-də liseyin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Nizami Hüseynovun ssenarisi, liseyin Dram müəllimi Cavad Nurun rejissorluğu ilə keçirilmiş tədbirdə “Son zəng” tamaşası səhnəyə qoyulub.

Tamaşa iki xəttin sintezi üzərində qurulub. Birinci xətt Zəfər tarixi, vətənpərvərlik və Nizami Gəncəvi ideyalarını ehtiva edib. İkinci xətt isə məzunların imtahan, əyləncə, lisey xatirələri və orta təhsillərini başa vurmalarını ifadə edən səhnəcikləri özündə birləşdirib.
Tamaşanın əvvəlində aktyor Elxan Şahalıyev tərəfindən Xalq şairi Məmməd Arazın “Müharibə olmasa” şeiri səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Liseyin Nəsimi filialının icraçı direktoru Aytən Hüseynova Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanı, direktor müavini Nuru Abdullayev isə böyük dramaturq Hüseyn Cavidin xatirəsinə hörmət əlaməti olaraq İblis obrazını canlandırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması səbəbindən dahi mütəfəkkirin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” hekayəti Cavad Nur tərəfindən nəql edilib.

Tamaşanın bir hissəsində balabilgələr fərqli kostyumlarda səhnəyə çıxıblar. Hər balabilgə müəyyən obrazı canlandırıb. Həm milli, həm də xarici xarakterlərin çıxışından sonra səhnəyə İblis obrazı daxil olub. İblisin qurduğu oyunun qaydalarına uyğun davranan balabilgələr təhsil illərində qazandıqları biliklərlə bütün maneələri aşıb, sonda hikmətin və biliyin simvolu olan almanı tapıb xilas olublar.
Səhnə əsəri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra məzunların valideynləri liseyin rəhbərliyi və müəllimlərinə təşəkkürlərini bildirib.

Tamaşanın sonunda bağlanış nitqi ilə çıxış edən Şəmil Sadiq məzunları Bilgə papağı və diplom ilə mükafatlandırıb.

Əlavə məlumat üçün bildirək ki, Hədəf balabilgələri Məzun Günü üçün nəzərdə tutulan ənənəvi mantiyadan imtina edərək milli ornamentli Bilgə geyimindən istifadə ediblər. Məzun baş geyimi isə milli papaq və araqçınla əvəz olunub. Sonda papaq və araqçınlar Məzun Günü ənənəsinə uyğun şəkildə göyə atılmaq əvəzinə qol üstünə qoyulub. Şəmil Sadiq bununla bağlı bildirib ki, Hədəf STEAM liseyinin konseptinə uyğun olaraq milli və bəşəri dəyərləri ifadə etmək baxımından ənənəvi mantiya və baş geyimi milli ornamentlərlə əvəz olunub, mərdlik simvolu olan papaqlar, milli baş geyimi olan araqçınlar hörmət əlaməti kimi qol üstündə tutulub.

İyunun 14-də liseyin həyətində ötənilki və builki məzunların iştirakı ilə “Son zəng” tədbiri keçirilib.

Şəmil Sadiq liseyin fəlaiyyəti, uğurları barədə hesabat xarakterli giriş nitqi ilə çıxış edib, yarandığı dövrdən üzü bəri imza atılan layihələrdən, sosial yönümlü addımlardan danışıb.

O nəzərə çatdırıb ki, YAŞAT fondu ilə birgə layihə çərçivəsində 10 şəhid övladı növbəti tədris ilindən etibarən liseydə ödənişsiz əsaslarla, Vətən müharibəsi qazilərinin övladları isə 50 faiz güzəştlə təhsil alacaqlar.

Qurucu direktor həmçinin, ötənilki məzunları səhnəyə dəvət edərək onlara məzun diplomları təqdim edib.

Daha sonra buraxılış imtahanlarında maksimum bal olan 300-dən 289-nu toplayan Gülsüm Nuriyevanı “Liseyin bilgəsi” elan edib, onu xüsusi papaqla mükafatlandırıb.

Tədbir lisey müəllimlərinin, valideynlərin çıxışları və şou-proqram ilə davam edib.

Sonda məzunlar “Hədəf andı”nı səsləndirib, bayrağımızı 10-cu sinif balabilgələrinə təhvil veriblər.

Bir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "လ Hadaf STEAM Liseyi" şəkili ola bilərBir 16 nəfər, uşaq, people walking, ayaqüstə duran insanlar, izdiham və açıq Havada şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və people playing musical instruments şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Hadaf STEAM Liseyi" şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Hadaf STEAM iseyi" şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Hadaf STEAM Liseyi" şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, oturan insanlar, içəridə və bunu deyən yazı "Hadaf TEAM Liseyi BA" şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar, headscarf, içəridə və bunu deyən yazı "+ Hadaf STEAM Liseyi" şəkili ola bilərBir bir və ya daha çox şəxs və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərMay be a black-and-white image of 4 nəfər, ayaqüstə duran insanlar və içəridəBir 6 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, içəridə və bunu deyən yazı "Hadaf TEAM Liseyi" şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Hadaf STEAM Liseyi" şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Hadaf HadafSTEAM Liseyi M" şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 1 nəfər, saqqal, standing və bunu deyən yazı "Hadaf STEAM Liseyi" şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 1 nəfər, standing, içəridə və bunu deyən yazı "Hadaf STEAM Liseyi 风" şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "1 Hadaf STEAM Liseyi 2021 matur Gülsüm Nu" şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top