AVRO-2020: Beyl Bakıdakı oyunda ən yaxşı seçildi

İDMAN 16 iyn 2021, 23:17
AVRO-2020-nin A qrupunun II turunda Türkiyə – Uels matçının ən yaxşı futbolçusu məlum olub.

Demokrat.az-ın xəbərinə görə, Uels yığmasının kapitanı Qaret Beyl qarşılaşmanın ən yaxşı oyunçusu ("Man of the match") seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Bakı Olimpiya Stadionunda keçirilən matçda Beyl, komandasının qələbə qazanmasında əsas pay sahibi olub. Oyunda vurulan hər iki qolun ötürməsini 31 yaşlı yarımmüdafiəçi verib. 

Onu da qeyd edək ki, kapitan, bir saatın tamamında penaltini dəqiq yerinə yetirə bilməyib.
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top