Deputat: “Prezidentin işğaldan azad edilən ərazilərə səfərləri gələcəyə atılan addımdır”

GÜNDƏM 15 iyn 2021, 12:11
"Prezidentin Füzuli səfərinin özünəməxsus əhəmiyyəti var və səfərlərin hər biri gələcəyə atılmış addımdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Prezident İlham Əliyevin Füzuliyə növbəti səfəri barədə danışarkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuliyə növbəti səfəri əvvəldən başlanılmış infrastruktur layihələrinə nəzarət etmələri və yeni layihələrin əsasını qoymaları kimi vacib hadisələrlə yadda qalıb: “Ərazilərin minalardan təmizlənməsi və əhalinin orada məskunlaşmasını təmin etmək əsas hədəflərdəndir. Həmçinin məşğulluq probleminin həlli üçün iqtisadi islahatların həyata keçirilməsi də vacibdir. Beləliklə, Prezidentin hər bir səfərinin özünəməxsus əhəmiyyəti var və hər biri gələcəyə atılmış addımdır. Bu səfərlər "Qarabağa qayıdış" üçün çox önəmlidir! Təbii ki, Azərbaycan xalqı da hər zaman səbirsizliklə Prezidentin bölgələrə səfərini gözləyir. Hər səfər həm iqtisadi və sosial mənada yenilik deməkdir, həm də ciddi siyasi xarakterə malikdir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top