Bakıda atasını öldürən gəncin istintaqı başa çatdı

KRİMİNAL 15 iyn 2021, 09:13
Bakının Sabunçu rayonunda atasını qətlə yetirməkdə ittiham olunan 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Cahangir Şükürlünün barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top