Milli Məclisin qarşısında insident yaradanlara hökm oxundu

HADİSƏ 14 iyn 2021, 14:37
Ötən ilin iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarıyla keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirlən Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavinləri - Fuad Qəhrəmanlı, Asif Yusifli, Məhəmməd İbrahim və partiyanın digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə hökm elan edilib.

Məmməd İbrahim 4 il 1 ay, Tural Vəliyev 2 il 7 ay, Ayaz Məhərrəmov 3 il 7 ay, Azər Məmmədov 2 il 7 ay, Ariz Səfərov 2 il 7 ay, Elçin Məmmədov 2 il 7 ay, Fərid Abadov 2 il 7 ay, Səbuhi Mustafatev 2 il 7 ay, Bəxtiyar İmanov 3 il 7 ay, Fuad Qəhrəmanlı Fuad 4 il 1 ay, Ramiz Babayev 3 il 7 ay, İlkin Əliyev 2 il 7 ay müddətinə şərti cəza alıblar.

İttihama görə, ötən il iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.

Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Həbs olunan şəxslərin hər biri Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilir.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top