Sarkisyan seçicilərin səslərini rüşvətlə almağa çalışır

DÜNYA 13 iyn 2021, 23:37
Ermənistanda daha bir seçki qalmaqalı yaşanır.
 
Demokrat.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bü gün ölkənin keçmiş prezidenti Serj Sarkisyanın blokundan parlamentə namizədliyini irəli sürmüş Armavir şəhərinin keçmiş meri Ruben Xlqatyan məhkəmə qərarı ilə həbs olunub.
 
Məlumata əsasən, deputatlığa namizəd iyunun 10-da adı açıqlanmayan Canfid kənd sakininə 9 milyon dram (17.3 min dollar) verərkən saxlanılıb. Bu vəsaitin seçici səsləri müqabilində kəndlilərə rüşvət qismində paylanması nəzərdə tutulub.
 
Faktla bağlı cinayət işi açılıb və Xlqatyanla yanaşı, pulu alan kənd sakini də saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top