Bakıdakı ilk AVRO-2020 oyununda sülh — VİDEO


İDMAN 12 iyn 2021, 19:00

AVRO-2020-nin Bakıda keçirilən ilk matçında tərəflər qalibi müəyyənləşdirə bilməyib.

Demokrat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən A qrupunun Uels – İsveçrə matçı 1:1 hesabı ilə başa çatıb.

18:34

74-cü dəqiqədə Uels hesabı bərabərləşdirdi. Kifer Mur başla vurduğu qolla İsveçrəyə cavab verib. Hazırda hesab 1:1-dir.

18:08

İsveçrə millisinin hücumçusu Bril Embolo 49-cu dəqiqədə başla qol vurub.

O, Cerdan Şakirinin cinah ötürməsindən sonra fərqlənib. İsveçrə 1:0 qalib gəlir.

17:54

Uels – İsveçrə oyununun ilk hissəsi qolsuz başa çatıb.

Demokrat.az xəbər verir ki, komandalar ilk 45 dəqiqə ərzində qapılara qol vura bilməyib.

17:00

AVRO-2020-nin Bakıdakı ilk oyununa start verilib.

Demokrat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada millimizin seçmə mərhələdə rəqiblərindən olmuş Uelslə İsveçrə yığması üz-üzə gəlir.

16:02

Uels və İsveçrə yığmaları arasında Bakıda keçiriləcək AVRO-2020-nin A qrupunun I tur matçı üçün start heyətləri açıqlanıb.

Demokrat.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (K), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam

Ehtiyat oyunçular: Ueyn Hennessi, Adam Deyvis, Ceyms Laurens, Kris Qanter, Ben Kabango, Riys Norrinqton-Deyvis, Neko Uilyams, Conatan Uilyams, Rubin Koluill, Etan Ampadu, Mettyu Smit, Dilan Lüitt, Devid Bruks, Harri Uilson

Baş məşqçi: Robert Peyc

İsveçrə: 1. Yan Zommer, 2. Kevin Mbabu, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 22. Fabian Şer, 23. Cerdan Şakiri

Ehtiyat oyunçular: Yonas Omlin, İvon Mvoqo, Loris Benito, Eray Cömert, Jordan Lotomba, Beçir Omeragiç, Silvan Vidmer, Kristian Fassnaxt, Edimilson Fernandeş, Cerdan Şakiri, Cibril Sou, Denis Zakariya, Stiven Tsuber, Ruben Varqas, Mario Qavranoviç, Admir Mehmedi

Baş məşqçi: Vladimir Petkoviç

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 17:00-da başlayacaq.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top