"Qarabağ" millimizin futbolçusu ilə müqaviləni uzatdı

İDMAN 12 iyn 2021, 18:02
"Qarabağ" futbolçusu Toral Bayramovla müqavilənin müddətini uzadıb.

Demokrat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalayıb.

Gənc oyunçu ötən mövsüm "köhlən atlar"ın heyətində keçirdiyi 26 görüşdə 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Toral Bayramov Azərbaycanın əsas millisinin də formasını geyinir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top