Qubada oğul atasını balta ilə öldürdü

KRİMİNAL 10 iyn 2021, 09:35
Quba rayonunda qətl hadisəsi olub.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Rustov kənd inzibati ərazi dairəsinin Sofikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top