Deputat: “Müxalifətin əlilliklə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır”

GÜNDƏM 09 iyn 2021, 11:19
"Sağlamlıq imkanları məhdud və doğrudan da, yardıma ehtiyacı olan vətəndaşlara dövlət dəstək göstərməlidir və göstərir. Özlərini müxalifət adlandıranların bu məsələ ilə bağlı səsləndirdiyi saxta fikirlər isə tamamilə əsassızdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, müxalifət iqtidarın hər bir addımına kölgə salmaq istəyidiyi kimi, saxta əlilliklərin ləğv edilməsi məsələsində də eyni cür davranır: "Ümumiyyətlə, əlillik pensiya hüququ olan, fiziki sağlamlığını itirmiş insanlara verilməli, sağlam insanlar isə çalışıb özü özünü dolandırmalıdır. Yəni dövlət fiziki sağlamlığını itirmiş, dövlətin yardımına, doğrudan da,  ehtiyacı olanları dəstəkləməlidir. Mən saxta əlilliklərin ləğv olunmasının tərəfdarıyam. Elə ötən gün Milli Məclisin plenar iclasında müzakirə olunan müvafiq qanunda 30-dan çox dəyişiklik nəzərdə tutulub ki, bu dəyişikliklər saxta əlilliyin həqiqi əlillikdən ayrılmasını özündə ehtiva edir. Sağlamlıq imkanları məhdud vətəndaşlara dövlət, əlbəttə ki, dəstək göstərməlidir və göstərir. Özlərini müxalifət adlandıranların bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Düşünürəm ki, bu ideyalar heç kim tərəfindən dəstəklənmir".

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top