"Ermənilər mina xəritələrini ona görə vermirlər ki,..." — VİDEO

GÜNDƏM 08 iyn 2021, 00:22
"Terrorun məqsədi qorxu yaratmaq, dəhşət yaratmaqdı. Ermənilər mina xəritələrini ona görə vermirlər ki, vətəndaşlarımız o ərazilərə getməsin. Əgər getsələr, quruculuğa başlasalar, bu Ermənistanın daxilinə avtomatik olaraq təsir göstərəcək".

Demokrat.az-ın xəbərinə görə, bu fikirləri Hürriyyət TV-yə açıqlamaında Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib.

Partiya funksioneri bildirib ki, Erməniatanda iyunun 20-də keçiriləcək seçkilərdən sonra Azərbaycan bu məsələlərlə bağlı özünün qəti mövqeyini ortaya qoyacaq:

"Çünki Azərbaycan Ermənistandakı seçkilərdə məhz Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olan tərəflərin qalib gəlməsində maraqlıdır. Bu ölkədə Azərbaycanla və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının, sərhədlərin açılmasının, nəqliyyat-kommunikasiya xətlərinin işə düşməsinin və  Ermənistanla Azərbaycan arasında qalıcı sülh sazişinin tərəfdarı olanın hakimiyyətdə olmasını istəyir Azərbaycan. Görünən budur ki, hazırda Azərbaycan da, Türkiyə də ortada olan siyasilər içərisində daha çox Paşinyanın qələbə çalmasında maraqlıdır" - deyə E.Şükürlü əlavə edib.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top