Sabahdan nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılır

SOSİAL 07 iyn 2021, 22:49
İyunun 8-də səhər saat 06:00-dan şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Demokrat.az-a verilən məlumata görə, qeyd olunan tarixdən 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilir.

"Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik", deyə BNA-dan bildirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top