Mahir Emreli Polşaya yollandı — Futbolçumuz yeni müqaviləyə hazırlaşır

İDMAN 06 iyn 2021, 12:58

“Qarabağ”la müqaviləsi başa çatan millimizin hücumçusu Mahir Emreli artıq Polşadadır.

Demokrat.az xəbər verir ki, futbolçumuzun “Legiya” klubu ilə 3 illik müqavilə bağlayacağı gözlənilir.  

Varşava komandası Emrelinin gəlişinə böyük diqqət yetirib. Artıq klubun rəsmi saytında futbolçunun tibbi müayindən keçəcəyi, və ardından müqavilə imzalanacağı yazılıb.

Varşava aeroportunda M.Emrelini “Legiya” klubunun rəsmi nümayəndələri, eləcə də Polşada yaşayan soydaşlarımız qarşılayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top