“Şəhid müxbirlərin xatirəsinə mükafat təsis edilsin” — Jurnalistdən TƏKLİF

GÜNDƏM 05 iyn 2021, 16:52
Rusiyada yaşayan azərbaycanlı jurnalist, filologiya elmlər namizədi Anar Həsənov Kəlbəcərdə erməni terrorçuları tərəfindən basdırılmış minaya düşərək şəhid olan jurnalistlər - Məhərrəm İbrahimov və Sirac Abışovun adının əbədiləşdirilməsini təklif edib.

Bu barədə Demokrat.az-a Anar Həsənov özü məlumat verib. 

O, həmçinin şəhid olan jurnalistlərin adına mükafatın təsis edilməsi təklifini də irəli sürüb:

“Təklif edirəm ki, bundan sonra 4 iyun Azərbaycanda peşə fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərin günü kimi qeyd edilsin. Həmçinin həm AzTV, həm də “Azərtac” şəhid müxbirlərinin xatirəsinə mükafat təsis etsin. Bu mükafat hər il öz sahəsində fərqlənən hərbi jurnalistlərə təqdim edilsin”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top