Sosial

Şəhid jurnalist Məhərrəm İbrahimov torpağa tapşırıldı — YENİLƏNİB

Şəhid jurnalist Məhərrəm İbrahimov torpağa tapşırıldı — YENİLƏNİB

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub.

Demokrat.az xəbər verir ki, şəhid jurnalistin cənazəsi Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

***11:35

Şəhid jurnalist Məhərrəm İbrahimovun vida mərasimi keçirilir.

Şəhid jurnalist Məhərrəm İbrahimovla yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 10 ünvanındakı evində vida mərasimi keçirilir.

Saat 10:30-da baş tutan vida mərasimindən sonra M. İbrahimov Abşeron rayonunun Pirəküşkül qəsəbəsindəki qəbirstanlıqda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Demokrat.az

D
demokrat.az