İsrailin yeni prezidenti seçildi

DÜNYA 02 iyun 2021, 14:15
İshak Hersoq İsrail dövlətinin yeni prezidenti seçilib.

Demokrat.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Məlumata görə, səsvermədə iştirak edən deputatların 87-si İshak Hersoqun, 27-si isə Miryam Peresin lehinə səs verib, 6 deputat tərəfsiz qalıb.

Qeyd edək ki, İ.Hersoq 1960-cı ildə anadan olub. İsrailin 6-cı prezidenti Haim Hersoqun oğlu, yəhudi dövlətinin baş ravvini İshak Qalevi Hersoqun nəvəsdir. İsrailin 11-ci prezidenti İshaq Hersoq dövlət dini məktəbində oxuyub. Hərbi kəşfiyyat tağımında hərbi xidmət edib. O, Avod Partiyasının keçmiş sədri, “Soxnut”yəhudi agentliyinin rəhbəri olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 20:58
Top