Ancelotti yenidən “Real”da!

İDMAN 01 iyn 2021, 23:02
Karlo Ancelotti Madridin “Real" klubunun baş məşqçisi təyin olunub.

Demokrat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssis bu postda mayın 27-də komandanı tərk etmiş Zinəddin Zidanı əvəzləyib.

Qeyd edək ki, Karlo Ancelotti 2013-2015-ci illərdə “Real”ı çalışdırıb və komanda ilə İspaniya Kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb. Onun sonuncu iş yeri İngiltərənin "Everton" klubu olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top