İsmayıllıda müasir əlil arabaları hazırlanacaq — İcra başçısı DANIŞDI

GÜNDƏM 31 may 2021, 16:44
"İsmayıllıdakı zavodda 50 min ədəd velosiped yığılması üçün lazım olan detallar xaricdən ölkəmizə gətirilib".

Bunu Demokrat.az-ın suallarına cavabında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bildirib.

İcra başçısı deyib ki, hazırda velisoped zavodu fəaliyyətini davam etdirir.

Nahid Bağırov qeyd edib ki, İsmayıllı velosiped zavodunda müasir və keyfiyyətli əlil arabaları da hazırlanacaq:

"Bunun üçün xaricdən 2 yeni avadanlıq alınıb gətirilib. Zavodda qazilərimiz üçün əlil arabaları hazırlanacaq. Yeni sistem nəticəsində bu arabalarla bağlı xaricdən asılılığımız aradan qalxacaq”.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top