Hafiz Hacıyev: “Həmin icra başçıları işdən qovulmalıdır”

GÜNDƏM 31 may 2021, 17:07
“İşğaldan azad olunmuş rayonların icra başçılarının fəaliyyəti qənaətbəxş deyil. Onlar həmin ərazilərdə olub əziyyət çəkməli, quruculuq işləri ilə bağlı təşəbbüskar mövqe bildirməli idilər. İcra başçıları qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına çalışmalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri təəssüf hissi ilə bildirib ki, icra başçıları vəzifələrini layiqincə yerinə yetirmirlər: “Məsələn Füzulinin icra başçısı oturub gözləyir ki, şəhərin bəzi kəndləri minalardan təmizlənsin, bunlar da o torpaqları satsınlar. Ağdamın, elə digərlərinin icra başçıları da eyni cür... Bunlar düzələn deyillər. Ona görə də bu şəxslər təcili olaraq həmin rayonlardan qovularaq dövləti, dövlət başçısını sevən insanlarla əvəzlənməlidirlər. Dövlət çalışmalıdır ki, bu məsələdə cəld addım atsın. Doğma torpaqlarından ayrı qalan ağsaqqallar, ağbirçəklər var. Onlar vəsiyyət edirlər ki, öz torpağımızda ölmək, orada dəfn olunmaq istəyirik. Bütün bunlar nəzərə alınmalıdır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top