"Metro infrastrukturunun genişləndirilməsi ümumi iqtisadi inkişafın və rifahın vacib qoludur" — Deputat

İNFRASTRUKTUR 31 may 2021, 15:50
"Azərbaycan son illər metro infrastrukturunun genişləndirilməsi ilə bağlı sərmayə qoyuluşları həyata keçirir. Yarımstansiyaların sayının artırılması, bütövlükdə metro infrastrukturunun yenilənməsi ilə bağlı, xüsusilə dövlət büdcəsindən bu istiqamətdə vəsaitlərin cəlb edilməsi həyata keçirilir. Bu baxımdan metro infrastrukturu bütövlükdə nəqliyyat sektorunda aparıcı istiqamətlərdən biridir. Metro infrastrukturunun inkişafı nəqliyyat sahəsində prioritetlər sırasındadır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda yeni metro stansiyalarının açılması və infrastrukturun genişləndirilməsi ilə bağlı danışarkən deyib. 

O, bildirib ki, ölkədə bu istiqamətdə ciddi işlər görülür:

"Digər MDB ölkələri, xüsusilə də region ölkələri ilə müqayisədə son dövrlərdə Azərbaycanda həm metro stansiyalarının sayının artırılması, həm də bütövlükdə infrastrukturun genişləndirilməsi müşahidə olunur. Pandemiyadan əvvəlki dövrdə metro şəhərdaxili sərnişindaşımada xüsusi rola sahib idi. Bu, ictimai nəqliyyatda sərnişin sıxlığının qarşısının alınmasında da vacib rol oynayır. Post pandemiya dövründə də metro vasitəsilə sərnişin həcminin yüksələcəyi gözlənilir. Bu baxımdan, yeni stansiyaların istifadəyə verilməsi olduqca vacibdir. Metro infrastrukturunun genişləndirilməsi ölkədə ümumi iqtisadi inkişafın və rifahın vacib qoludur".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top