Kiyevdə bir qrup azərbaycanlıya soyuq silahla hücum edildi — Yaralananlar var

KRİMİNAL 29 may 2021, 14:08
Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, hadisə mayın 28-də axşam saatlarında bazarların birində qeydə alınıb.

Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları və daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.

Soydaşlarımıza qarşı “beşbarmaq” adlı soyuq silahdan istifadə ediblər.

Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top