Hadisə

Azərbaycanda şagird məktəbin üçüncü mərtəbəsindən yıxıldı

Azərbaycanda şagird məktəbin üçüncü mərtəbəsindən yıxıldı

Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.

Demokrat.az xəbər verir ki, hadisə Texniki Humanitar Liseydə baş verib.

Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.

Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

D
demokrat.az