Son bir ildə "Xalq" və "Əməkdar" adı alanların sayı kəskin artıb

İNCƏSƏNƏT 28 may 2021, 10:27
Son bir ildə Azərbaycanda təqaüd alan "Xalq" və "Əməkdar" Fəxri adı daşıyanların sayı 33% və ya 1 088 nəfər artıb.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə "Xalq" Fəxri adı daşıyanların sayı 4 nəfər, "Əməkdar" Fəxri adı daşıyanların sayı isə 1084 nəfər artıb.

Bu ilin aprel ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 269 nəfər "Xalq", 4 120 nəfər  isə "Əməkdar" Fəxri adına görə təqaüd alır.

Onu da bildirək ki, "Xalq" və "Əməkdar" Fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə dəyişməyib. "Xalq" Fəxri adı daşıyanlara ayda 150 manat, "Əməkdar" Fəxri adı daşıyanlara isə ayda 100 manat təqaüd verilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top