Ramiz Əzizbəyli COVID-19-a yoluxdu, xəstəxanaya yerləşdirildi

İNCƏSƏNƏT 27 may 2021, 12:08
Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Xalq artistinin xanımı Zümrüd Əzizbəyli “Report”a açıqlamasında bildlrib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top