Polisi bıçaqladı, həbsdə yatdı, sonra oğlanlarla cinsi əlaqədə oldu, həmyaşıdı tərəfindən öldürüldü — Şok təfərrüat

KRİMİNAL 25 may 2021, 10:37
Xızı rayonunda 2004-cü il təvəllüdlü Cabir şəxsi münasibətlər zəminində özündən bir yaş kiçik olan Şükürü qətlə yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cabir 2020-ci il martın 14-də Xızı rayonunun Şorabad qəsəbəsi sakini olan tanışı Şükür ilə “WhatsApp” proqramı vasitəsilə yazışıb.

Bu zaman Şükür Cabirin  ünvanına ədəbsiz sözlər işlətdiyinə görə həmin proqramda onunla əlaqə yaratmasını əngəlləyib. Şükür onun bu hərəkətinə görə irad tutub və onu döyəcəyini bildirib. Onlar aralarında yaranan mübahisəni yerində aydınlaşdırmağa razılaşıblar.

Onlar martın 15-də, saat 14 radələrində yaşadıqları qəsəbədə görüşüblər. Şükür onların ümumi tanışı ilə hadisə yerinə gəlib. Onlar qəsəbədəki “köhnə qarajların qarşısı” deyilən yerə gediblər.

Şükür Cabirə nə üçün ümumi tanışlarının yanında Şahid1 biədəb adla çağırdığını soruşub, onu nalayiq sözlərlə təhqir edib.

Daha sonra onlar süpürləşiblər və Cabir üzərindəki bıçaqla Şükürün ürək nahiyəsindən zərbə vurub. Şükür aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Cabirin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, uşaqlıqdan tanıdığı şükürlə bir məktəbdə oxuyub: “Sonuncu hadisədən 7-8 gün əvvəl cəzaçəkmə müəssisəsindən çıxan Şükür 2020-ci il martın 13-də, saat 20 radələrində “WhatsApp” proqramı vasitəsi ilə mənə “çıx məhləyə” yazdı və həmkəndlilərimiz Nərimanı da çağırdığını yazdı. Üçümüz bir yerdə Şükürün yaşadığı evin qabağındakı dayanacaqda görüşdük. Şükür lovğalanmağa başladığından söhbətimiz tutmadı. Sonuncunun uşaqları döyməyindən və özünü tərifləməyindən SMS-lərdə yazmasına görə əsəbiləşdim. Onu proqramda əngəllədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 14-də saat 23 radələrində Nərimanın xahişi ilə Şükürü “blok”dan çıxarıb: “Bundan sonra Şükür saat 24 radələrində mənə “səni tutsam, çırpacam, niyə məni “blok”a atmısan?” ifadəsini yazdı. Mən isə cavabımda “sənə dedim, işim var, bayıra çıxmıram, sən də təzədən yazıb narahat etdiyindən “blok”a atdım” cavab yazdım”.

Cabir qeyd edib ki, martın 15-də, gecə saat 01 rədələrində Şükür qapılarının qabağına gəlib: “Həmin vaxt qardaşım mənə Şükürün pis uşaq olduğunu, sonuncuya qoşulmamağımı bildirdi. Bu zaman Ziya da ora gəldi. Bu səbəbdən Şükürə “səhər söhbətimizi edərik, çırpacam səni” söylədim, sonra oradan uzaqlaşdım. Gecə saatlarında Şükür mənə “WhatsApp” proqramında söyüşlər və “səni oğlanlığından məhrum edəcəm” yazdı. Həmin gün, saat 13 radələrində Şükür ilə görüşərək söhbət etmək üçün  yaşadığı evə tərəf addımladım. Bu vaxt Şükür ilə Nərimanın gəldiyini gördüm. “Köhnə qarajların qarşısı” deyilən yerə getməyi qərarlaşdırdıq. Şükürün əvvəllər polis işçisinə bıçaqla xəsarət yetirməsinə görə üzərində bıçaq olmasını fikirləşdim. Yaşadığım evin yaxınlığındakı zibillikdə gördüyüm bıçağı şalvarımın sağ cibinə qoydum. Yolda Şükür mənə “görüm sənin meyitini kim aparacaq burdan” dedi. Ora çatanda Nərimana isə “sən kənarda dayan, kimsə gəlsə, xəbər edərsən” söylədi. Məndən oğlana niyə “petux” dediyimi soruşdu. Mən də bildirdim ki, özü yaxşı bilir, nəyə görə deyirəm. Çünki Şükür Nərimanla cinsi əlaqədə olmasını özü mənə bildirmişdi. Bu zaman Şükür söyüş söyməklə məni təhqir etdi, sağ əli ilə çənəmdən iki dəfə yumruq vurdu. Üçüncü dəfə isə dizi ilə qarın nahiyəmə vurarkən ayağım büdrədi və yıxılarkən özümü saxladım. Şükür yenidən üzərimə gəldikdə, sonuncunu qorxutmaq üçün sağ cibimdən çıxardığım bıçağı götürdüm. Bu vaxt Şükür “mənim üstümə bıçaq çıxarırsan?” deyərək təzədən üzərimə gəldi. Artıq özümdə olmadı və bıçaqla Şükürün harasına vurduğuma baxmadan zərbələr endirdim. Nəriman məni tutmaqla silkələyəndə ayıldım. Bıçağı evimizin yanındakı kolluğa atdıqdan sonra atama Şükürü bıçaqladığımı danışdım. Şükürü bıçaqla vurarkən öləcəyini düşünməmişəm. Özümü müdafiə etmək istəmişəm. Əməlimdən peşman olmuşam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb.

Cabir 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi hökm edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top