Namiq Qaraçuxurlu dələduzluğa məruz qaldı

ŞOU-BİZNES 25 may 2021, 11:16
Məşhur meyxanaçı Namiq Qaraçuxurlu dələduzluğa məruz qaldığını iddia edib.

Demokrat.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb. N. Qaraçuxurlu qeyd edib ki, instaqramda fəaliyyət göstərən onlayn mağaza idarəçiləri onu aldadıb:

“Bu səhifə guya mal sifarişi ilə məşğuldur. Əslində isə işi dələduzluqdur. Mal sifariş verirsən, pul kartına oturur və adam yoxa çıxır. Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insan var. Başqalarının da zərər görməməsi üçün birləşib bu səhifəni şikayət edib bağlatdırmaq lazımdır. Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik”.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top