Ərdoğan: Türkiyə Polşaya pilotsuz uçuş aparatları ixrac edəcək


DÜNYA 24 may 2021, 22:09
Polşa Prezidenti Anjey Duda Türkiyəyə rəsmi səfər edib.

Demokrat.az xəbər verir ki, Ankarada rəsmi qarşılanma mərasimi olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Polşa Prezidenti Anjey Duda arasında ikitərəfli, sonra isə nümayəndə heyətləri arasında görüş keçirilib.

İki ölkə arasında əməkdaşlıq müqavilələri imzalanandan sonra dövlət başçıları mətbuat qarşısında birgə bəyanatla çıxış ediblər.

Türkiyə-Polşa münasibətlərini strateji ortaqlıq səviyyəsində olduğunu, əməkdaşlıq əlaqəsinin qədim tarixə söykəndiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, sürətlə yüksələrək 6.5 milyard dollar məbləğində olan qarşılıqlı ticarət dövriyyəsinin 10 milyard dollara çatdırmaq hədəflənir. Əlaqələr bölgənin rifahına xidmət edəcək. Əldə olunan anlaşmaya istinadən Türkiyə ilk dəfə olaraq NATO və Avropa İttifaqı üzvü olan Polşaya pilotsuz uçuş aparatları (İHA) ixrac edəcək.

Yüksək qonaqpərvərliyə və göstərilən diqqətə görə səmimi minnətdarlığını ifadə edən Polşa Prezidenti Anjey Duda əminliklə ifadə edib ki, müzakirə olunan və imzalanan anlaşmalar hər iki tərəf üçün faydalı olacaq.

Rəsmi təmasları intensivləşdirilməsinin vacibliyini ifadə edən prezidentlər birgə bəyanatdan sonra jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

İmzalanan əməkdaşlıq sənədləri turizm, mədəniyyət, müdafiə sənayesi və kənd təsərrüfatı sahələrini əhatə edir.

Polşa Prezidenti Anjey Duda Türkiyə səfərini İstanbulda davam etdirəcək./Modern.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top