Pandemiyanın mənfi təsirini azaltmaq üçün “BakuBus”a nə qədər vəsait köçürülüb?

SOSİAL 24 may 2021, 22:35
Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən “BakuBus” MMC-yə 7,5 milyon manat məbləğində vəsait köçürülüb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə verdiyi rəydə qeyd olunub. 

Belə ki, köçürülmüş məbləğin büdcə vəsaitinin 5,4 milyon manatı (72,6 %-i) təşkilatın pandemiyadan zərər çəkmiş təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilib.

2,1 milyon manat (27,4 %-i) isə pandemiya ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə, yəni vergi orqanlarının sərəncamları ilə vergi borclarının ödənilməsinə silinib.

Pandemiya ilə bağlı ayrılan vəsaitin vergi borclarına yönəldilməsi büdcədən pandemiyanın mənfi təsirini azaltmaq üçün ayrılan vəsaitin istifadə etmədən büdcəyə geri qaytarılması kimi qiymətləndirilir./Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top